Bozdağ-Güzdək palçıq vulkanı püskürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bozdağ-Güzdək palçıq vulkanı püskürüb

Qafar Ağayev13:05 - Bu gün
Bozdağ-Güzdək palçıq vulkanı püskürüb

Dünən Abşeron yarımadasında yerləşən “Bozdağ-Güzdək” palçıq vulkanında növbəti püskürmə qeydə alınıb.

1news.az xəbər verir ki, püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyaları tərəfindən qeydə alınıb.

Püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib. Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə - 6.32*106 Coul təyin edilib.

Paylaş:
133

Son xəbərlər

Bütün xəbərlər