İraq XİN başçısı: Ölkəmiz regiondakı müharibənin qurbanına çevrilib | 1news.az | Xəbərlər
Dünya

İraq XİN başçısı: Ölkəmiz regiondakı müharibənin qurbanına çevrilib

Oksana Orucova11:48 - Bu gün
İraq XİN başçısı: Ölkəmiz regiondakı müharibənin qurbanına çevrilib

İraqın xarici işlər naziri Fuad Hüseyn ölkəsinin regionda baş verən müharibənin qurbanına çevrildiyini bildirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Misir Ərəb Respublikasının xarici işlər naziri Bədr Əbdülati ilə keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edib.

O, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan qarşıdurmanın bütün regiona ciddi təsir göstərdiyini vurğulayıb.

“Bütün region ABŞ–İsrail və İran arasında baş verən müharibənin təsirlərinə məruz qalır. İraq isə bu müharibənin qurbanına çevrilib”, – deyə nazir bildirib.

Fuad Hüseyn qeyd edib ki, İraq həm İrana qarşı həyata keçirilən hücumları, həm də Körfəz ölkələri və İordaniyanı hədəf alan əməliyyatları qətiyyətlə pisləyir.

Nazir həmçinin İsrailin Livana qarşı davam edən hücumlarını kəskin tənqid edərək, bu ölkədə baş verən qırğınların dayandırılmasına çağırış edib.

Misirin xarici işlər naziri Bədr Əbdülati isə çıxışında regionda mövcud böhranların həllində hərbi üsullar əvəzinə siyasi və diplomatik vasitələrə üstünlük verilməsinin vacibliyini vurğulayıb.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər