Azərbaycanın bərə gəmiləri ilə martda daşınan vaqonların sayı açıqlanıb
Bu ilin mart ayında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) bərə gəmiləri vasitəsilə 3 438 vaqon daşınıb.
1news.az ASCO-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 627 ədəd və yaxud 22,3 % çoxdur.
Bildirilib ki, TIR və avtotexnika daşımalarında da müsbət dinamika qeydə alınıb. Ötən ilin mart ayında 2 478 ədəd TIR və avtotexnika daşındığı halda, cari ilin müvafiq dövründə bu rəqəm 2 516-ya çatıb. Artım 38 ədəd və yaxud 1,5 % olub.
Daşımaların həcmi tonnaj ifadəsində də artıb. Belə ki, 2025-ci ilin mart ayında vaqon daşımalarının həcmi 175 697 ton təşkil edirdisə, 2026-cı ilin mart ayında bu göstərici 212 025 tona yüksəlib. Artım 36 328 ton və yaxud 20,7 % təşkil edib.
Eyni zamanda, TIR və avtotexnikanın həcmi də artaraq 64 656 tondan 67 554 tona çatıb ki, bu da 2 898 ton və ya 4,5 % artım deməkdir.












