“Əgər imkanları yoxdursa, 9 uşaq nəyə lazımdır?” - SORĞU | 1news.az | Xəbərlər
Cəmiyyət

“Əgər imkanları yoxdursa, 9 uşaq nəyə lazımdır?” - SORĞU

Oksana Orucova11:23 - Bu gün
“Əgər imkanları yoxdursa, 9 uşaq nəyə lazımdır?” - SORĞU

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 9 uşaqlı bir ailədə baş verən faciə sosial mediada geniş rezonans doğurub.

İlkin məlumatlara görə, ailənin 6 uşağı dəm qazından zəhərlənib. Təəssüf ki, zəhərlənən uşaqlardan biri – 2 yaşlı Gülcahan həyatını itirib, uşaqlardan ikisi bu gün müalicədən sonra ailədən alınaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib. Digərləri isə hazırda xəstəxanada həkim nəzarəti altında müalicə alır.

Hadisənin ən sarsıdıcı tərəflərindən biri isə odur ki, bu ailədə həyatını itirən uşaqların sayı artıq dördə çatıb. Bu fakt cəmiyyətdə ciddi narahatlıq və müzakirələrə səbəb olub.

Baş verənlər bir daha məişətdə təhlükəsizlik qaydalarına, xüsusilə də dəm qazı ilə bağlı risklərə diqqətin artırılmasının vacibliyini gündəmə gətirir.

Sözügedən mövzu ilə bağlı şəhər sakinləri ilə sorğu keçirtdik. Həmin sorğunu təqdim edirik:

Video: Nadir İbrahimli

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər