Zakir Həsənov Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlimləri izləyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlimləri izləyib

Qafar Ağayev11:06 - Bu gün
Zakir Həsənov Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlimləri izləyib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığı gündən-günə daha da artırılır.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, MN-in rəhbərliyi və digər vəzifəli şəxslər N hərbi hissəsində keçirilən döyüş atışlı taktiki təlimin gedişatını yoxlayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova xəritə üzərində təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.

Qeyd olunub ki, cari ilin hazırlıq planına uyğun olaraq müasir döyüş üsulları nəzərə alınmaqla keçirilən taktiki təlimin əsas məqsədi yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər