AAYDA Bibiheybət yolunda bərpa işlərinə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AAYDA Bibiheybət yolunda bərpa işlərinə başlayıb

Qafar Ağayev12:39 - Bu gün
AAYDA Bibiheybət yolunda bərpa işlərinə başlayıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlayıb.

Qurumdan 1news.az-a bildirilib ki, ərazidə əlavə risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin olunması üçün ərazidə bərpa işləri aparılır.

"İnşaat Norma və Qaydaları"na uyğun yeni torpaq yatağı və yol əsası inşa edilir. Ardınca həmin hissəyə yeni asfalt örtüyü döşənəcək. Eyni zamanda, ərazi boyu səth sularının kənarlaşdırılması üçün müvafiq işlər də həyata keçiriləcək.

Təmir-bərpa işləri qısa müddətdə yekunlaşdırılacaq.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər