Prezident MİDA-nın bir qrup əməkdaşını təltif edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident MİDA-nın bir qrup əməkdaşını təltif edib

15:14 - Bu gün
Prezident MİDA-nın bir qrup əməkdaşını təltif edib

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin bir qrup əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib:

Qədimov Çingiz Sahib oğlu

Məmmədov Elşad Pənah oğlu

Salmanov Azər Ağababa oğlu

Şərifov Rizvan Həmid oğlu

Şiriyeva Kəmalə Məzahir qızı.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər