İsmayıllıda taksi sürücüsünə xəsarət yetirilib, avtomobili oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda taksi sürücüsünə xəsarət yetirilib, avtomobili oğurlanıb

15:19 - Bu gün
İsmayıllıda taksi sürücüsünə xəsarət yetirilib, avtomobili oğurlanıb

İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

1news.az report-a istinadən xəbər verir ki, naməlum şəxslər müştəri qismində mindikləri taksi sürücüsünə xəsarət yetirərək onun nəqliyyat vasitəsini ələ keçirib və hadisə yerindən uzaqlaşıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan"Report"un yerli bürosuna bildirilib ki, tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubov paytaxt ərazisində gizləndikləri yer müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
124

Son xəbərlər

Bütün xəbərlər