Azərbaycanda daşınmaz əmlakın sığortasında yeni yanaşma tətbiq olunacaq
“Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yeni yanaşmanın əsas məqsədi böyük risklərin daha dəqiq qiymətləndirilməsi və mümkün hadisələr zamanı vətəndaşlara daha adekvat sığorta ödənişlərinin təmin olunmasıdır.
Qeyd edilib ki, konsepsiyaya əsasən sığorta məbləği yaşayış sahəsinin kvadratmetrinə uyğun formalaşdırılacaq və bu, əmlakın real bazar dəyərinə daha yaxın sığorta təminatı yaradacaq.
V.Qurbanov əlavə edib ki, yeni sistem çərçivəsində dövlət qurumları ilə inteqrasiya olunmuş elektron platformalar vasitəsilə əmlakın yerləşdiyi ərazi və ölçüsü nəzərə alınmaqla sığorta məbləğinin hesablanması mümkün olacaq.












