Ötən gün ölkə ərazisində 44 cinayətin açılması təmin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün ölkə ərazisində 44 cinayətin açılması təmin olunub

Qafar Ağayev10:07 - Bu gün
Ötən gün ölkə ərazisində 44 cinayətin açılması təmin olunub
Aprelin 13-də ölkə ərazisində 44 cinayətin açılması təmin olunub.

1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan daha 3 cinayət də polis əməkdaşları tərəfindən açılıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 86 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Paylaş:
118

Son xəbərlər

Bütün xəbərlər