Məşhur aktyor Ozan Güven etiraz hədəfinə çevrildi - “Günahkarlar çölə!” - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Məşhur aktyor Ozan Güven etiraz hədəfinə çevrildi - “Günahkarlar çölə!” - VİDEO

15:37 - Bu gün
Məşhur aktyor Ozan Güven etiraz hədəfinə çevrildi - “Günahkarlar çölə!” - VİDEO

Aktyor Ozan Güven Kadıköydə getdiyi bir əyləncə məkanında qadınların etirazı ilə qarşılaşıb.

Keçmiş sevgilisi Deniz Bulutsuzu döyməkdə ittiham olunduğu və bu iş üzrə həbs cəzası aldığı məhkəmə prosesindən sonra Güven “Günahkarlar çölə!” şüarları altında məkandan çıxarılıb.

1news.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Kadıköydə yerləşən məkanda Ozan Güveni görən qadınlar ona qarşı şüarlar səsləndirərək etirazlarını bildiriblər.

Məkanda olan qadınlar aktyora ünvanlanmış şəkildə “Günahkarlar çölə!” şüarını səsləndiriblər. Hadisədən sonra Güvenin məkandan çıxarıldığı bildirilir.

Baş verənlərin əks olunduğu videogörüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Hadisə ictimaiyyətin diqqətini çəkərkən, Ozan Güvenin keçmiş sevgilisi Deniz Bulutsuzla bağlı məişət zorakılığı iddiaları və həmin məhkəmə prosesi yenidən gündəmə gəlib.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər