Qurbanov “Qarabağ”la bağlı qərarını verdi | 1news.az | Xəbərlər
İdman

Qurbanov “Qarabağ”la bağlı qərarını verdi

17:56 - Bu gün
Qurbanov “Qarabağ”la bağlı qərarını verdi

Qurban Qurbanov axır vaxtlar barəsində yayılan müxtəlif söz-söhbətlərə son qoyub.

Adı “Beşiktaş” da daxil, Türkiyə, Rusiya və Avropadan bir neçə klubla yanaşı hallanan baş məşqçi karyerası ilə bağlı növbəti mühüm qərarı verib.

1news.az-ın Sportinfo.az-a istinadən xəbərinə görə, bu barədə “Qarabağ” məlumat verib.

Bildirilib ki, qarşıdakı 3 ili Ağdam klubunda keçirəcək.

2008-ci ildəe “köhlən atlar”ı çalışdıran təcrübəli mütəxəssis 2029-cu ilədək qüvvədə olan müqaviləni imzalayıb. Yeni kontrakta əsasən, “Qarabağ” Qurbanovun əməkhaqqısını artırıb.

Azərbaycanın ən güclü məşqçisi ötən illər ərzində “Qarabağ”a saysız-hesabsız uğurlar qazandırıb. Komandanı 13 dəfə ölkə çempionu edib, 6 dəfə kuboku başı üzərinə qaldırıb.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər