Şəmkirdə evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb

10:11 - Bu gün
Şəmkirdə evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Şəmkir və Tovuz rayonları ərazilərində baş verən silsilə oğurluq hadisələrinin üstü açılıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, verilən məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər