Azərbaycanda muzdla çalışanların sayı azalıb – STATİSTİKA | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda muzdla çalışanların sayı azalıb – STATİSTİKA

Qafar Ağayev12:36 - Bu gün
Azərbaycanda muzdla çalışanların sayı azalıb – STATİSTİKA

Azərbaycanda cari ilin ilk iki ayı ərzində əmək müqaviləsi ilə çalışanların sayında azalma müşahidə olunub.

1news.az xəbər verir ki, rəsmi statistik məlumatlara əsasən, mart ayının 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 784 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə istinadən qeyd olunan göstəricinin bölüşməsini təqdim edirik:

  • Dövlət sektoru: 870,6 min nəfər;

  • Qeyri-dövlət sektoru: 913,4 min nəfər.

Müqayisə üçün bildirək ki, ilin əvvəlində ölkədə rəsmi əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 808,5 min nəfər idi. Beləliklə, cari ilin yanvar və fevral aylarının yekunlarına görə, muzdla çalışanların ümumi sayı 24 min nəfərdən çox azalıb.

Qeyd edək ki, hazırda ölkənin özəl sektoru məşğulluqda üstünlük təşkil etməyə davam edir.

Paylaş:
172

Son xəbərlər

Bütün xəbərlər