Bakıda növbəti iməcilik: küçələr yuyulub, yaşıllıqlara qulluq göstərilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda növbəti iməcilik: küçələr yuyulub, yaşıllıqlara qulluq göstərilib - FOTO

14:38 - Bu gün
Bakıda növbəti iməcilik: küçələr yuyulub, yaşıllıqlara qulluq göstərilib - FOTO

Yaz mövsümü ilə əlaqədar paytaxtda sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən növbəti daxili iməcilik keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti 1news.az-a verilən məlumata görə, səhər saatlarından başlayan iməcilik çərçivəsində BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən bitki və canlılara zərər verməyən yuyucu maddələrlə həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrində yerləşən prospekt və küçələr yuyulub, yol kənarlarında əsaslı təmizlik işləri görülüb.

Həmçinin səki kənarları, bordürlər, işıq dirəkləri, məhəccərlər, park və istirahət yerlərindəki oturacaqlar, avtobus dayanacaqları yuyulub, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağac və yaşıllıqların üzərinə yığılan toz-torpaq yuyulub, onlara aqrotexniki qulluq göstərilib, zədələnmiş budaqlar budanıb. Eyni zamanda, ərazilərdə rəngbərəng güllər əkilib və kompozisiyalar yaradılıb.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər