ABŞ-də meşə yanğınları: 54 ev və 2700 hektar ərazi külə döndü | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də meşə yanğınları: 54 ev və 2700 hektar ərazi külə döndü

Oksana Orucova14:32 - Bu gün
ABŞ-də meşə yanğınları: 54 ev və 2700 hektar ərazi külə döndü

ABŞ-nin Georgia ştatında baş verən genişmiqyaslı meşə yanğınları ciddi fəsadlara yol açıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, sürətlə yayılan alovlar nəticəsində 54 ev tamamilə yararsız hala düşüb, ümumilikdə isə 2700 hektar ərazi yanaraq külə çevrilib. Hazırda yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Ştatın müxtəlif bölgələrində eyni vaxtda qeydə alınan yanğınlar xüsusilə cənub-şərq hissədə daha təhlükəli vəziyyət yaradıb. Brantley County ərazisində, 82 nömrəli avtomobil yolunun yaxınlığında başlayan yanğın qısa müddətdə geniş sahəyə yayılıb və təxminən 500 hektar əraziyə ziyan vurub. Hadisə nəticəsində 54 ev istifadəyə yararsız vəziyyətə düşüb, əlavə olaraq minə yaxın ev üçün risk davam edir.

Digər böyük yanğın isə Clinch County ərazisində, Pineland Road istiqamətində qeydə alınıb. Burada təxminən 1650 hektar sahə yanaraq məhv olub. Hazırda alovların qarşısının alınması üçün 100-dən çox yanğınsöndürən cəlb olunub.

Eyni zamanda yaxınlıqdakı "Echols County" və digər ərazilərdə baş verən yanğınlar səbəbindən bəzi sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Vəziyyətin ciddiliyini nəzərə alaraq, ştatın qubernatoru Brian Kemp 91 rayonda fövqəladə vəziyyət elan edib.

Yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.

Paylaş:
150

Son xəbərlər

Bütün xəbərlər