Danimarkada iki qatar toqquşdu - çox sayda yaralı var
Danimarkada iki qatarın üz-üzə toqquşması nəticəsində çox sayda insanın yaralandığı bildirilir.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.
Danimarkanın Hillerod şəhəri yaxınlığında baş verən qəzada iki qatarın qarşı-qarşıya toqquşması nəticəsində xəsarət alanların olduğu qeyd edilir. Yerli mətbuatın məlumatına görə, hadisə yerinə polis və fövqəladə hallar xidmətləri geniş tərkibdə göndərilib.
Fövqəladə Hallar Xidməti bildirib ki, qəza qatarların ön-önə toqquşması nəticəsində baş verib. Polis də hadisədə yaralıların olduğunu təsdiqləsə də, onların sayı və vəziyyəti barədə hələlik dəqiq məlumat verilməyib.
Qəzanın başvermə səbəbi hələ müəyyən edilməyib. Hadisə yerindən yayılan görüntülərdə çox sayda xilasedicinin və təcili yardım əməkdaşlarının ərazidə çalışdığı müşahidə olunur.












