Hörmüz boğazıda yeni mərhələ – İran rüsumlardan qazanc əldə edir | 1news.az | Xəbərlər
Dünya

Hörmüz boğazıda yeni mərhələ – İran rüsumlardan qazanc əldə edir

Qafar Ağayev13:52 - Bu gün
Hörmüz boğazıda yeni mərhələ – İran rüsumlardan qazanc əldə edir

İran Hörmüz boğazından keçən gəmilərdən rüsum toplamaqla ilk dəfə gəlir əldə edib.

1news.az bu barədə “Fars” agentliyinə istinadən xəbər verir ki, İran parlamentinin vitse-spikeri Hacı Babai məlumat verib. Onun sözlərinə görə, Hörmüz boğazında tətbiq olunan rüsumlardan əldə edilən ilk vəsait artıq Mərkəzi Bankın hesabına köçürülüb.

Xatırladaq ki, daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının kommersiya gəmiləri üçün açıq olduğunu açıqlamışdı.

Vaşinqton isə tərəflər arasında yekun razılaşma əldə olunana qədər İrana qarşı dəniz blokadasını davam etdirəcəyini bəyan edib.

Buna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-nin tətbiq etdiyi dəniz blokadası tam aradan qaldırılmayana qədər boğazın bağlandığını bildiriblər. SEPAH gəmi sahiblərini yalnız İran tərəfinin tövsiyələrinə əməl etməyə çağırıb.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər