Türkiyədə əməliyyatlar nəticəsində 90 nəfər saxlanıldı | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə əməliyyatlar nəticəsində 90 nəfər saxlanıldı

16:43 - Bu gün
Türkiyədə əməliyyatlar nəticəsində 90 nəfər saxlanıldı

Türkiyənin Daxili İşlər Nazirliyi 24 vilayətdə DEAŞ terror təşkilatına qarşı polis tərəfindən keçirilən əməliyyatlar zamanı 90 şübhəlinin saxlanıldığını açıqlayıb.

1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazirliyin sosial media hesabında bildirilib ki, əməliyyatlar Polis Baş Komandanlığının Terrorla Mübarizə İdarəsi və Respublika Baş Prokurorluqlarının koordinasiyası ilə həyata keçirilib.

Məlumata görə, saxlanılan şəxslər arasında DEAŞ-a üzv olanlar, təşkilatla əlaqəli şəxslər, saxta yardım qurumları vasitəsilə maliyyə dəstəyi göstərənlər və sosial şəbəkələrdə terror təbliğatı aparanlar var.

Rəsmi qurumlar DEAŞ-ın fəaliyyətlərinə və maliyyə şəbəkələrinə qarşı əməliyyatların qətiyyətlə davam etdirildiyini vurğulayıb.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər