Türkiyədə narkotik satıcılarına qarşı əməliyyat nəticəsində 478 nəfər həbs edildi | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə narkotik satıcılarına qarşı əməliyyat nəticəsində 478 nəfər həbs edildi

Oksana Orucova17:12 - Bu gün
Türkiyədə narkotik satıcılarına qarşı əməliyyat nəticəsində 478 nəfər həbs edildi

Türkiyənin Daxili İşlər Nazirliyi 69 vilayətdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı genişmiqyaslı əməliyyatların keçirildiyini açıqlayıb.

1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, son bir həftə ərzində polis tərəfindən həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 586 kiloqram narkotik vasitə və 4 milyon 715 min 47 ədəd narkotik tərkibli həb ələ keçirilib.

Əməliyyatlar çərçivəsində 1018 şübhəli saxlanılıb. Onlardan 478 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 133 nəfər haqqında isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digər saxlanılan şəxslərlə bağlı hüquqi prosedurların davam etdiyi bildirilib.

Nazirlikdən qeyd olunub ki, narkotiklərlə mübarizə istiqamətində əməliyyatlar davam etdirilir.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər