Məktəb hücumlarından sonra türk serialları ilə bağlı mühüm qərar
Məktəblərdə baş verən silahlı hücumlardan sonra yaranan ictimai narazılıq fonunda “Eşref Rüya” və “Yeraltı” serialları yayım cədvəlindən çıxarılmışdı.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şiddət elementləri olan seriallarla bağlı yeni qərarlar qəbul edilib.
Şanlıurfa və daha sonra Kahramanmaraşda baş verən faciəli məktəb hücumları, xüsusilə 9 nəfərin həyatını itirdiyi hadisədən sonra cəmiyyətdə bu tip məzmunlara qarşı etirazlar güclənib. Məhz həmin axşam “Eşref Rüya” və “Yeraltı” seriallarının yayımlanmaması layihələrin tamamilə dayandırılacağı ilə bağlı iddialara səbəb olub.
Məlumata görə, yayımçılar uşaqların televiziya ilə yanaşı daha çox YouTube platformasında serial izlədiyini də nəzərə alaraq daha həssas mövqe sərgiləməyə başlayıblar. Bu çərçivədə ssenarilərin yenidən işlənməsi qərara alınıb.
Bildirilir ki, “Eşref Rüya”, “Yeraltı”, “Teşkilat”, “Uzak Şehir”, “A.B.İ” və “Taşacak Bu Deniz” kimi seriallarda şiddət və silahlı səhnələr bundan sonra daha diqqətlə və məhdud şəkildə təqdim olunacaq.
Həmçinin oxuyun: “Mafiya sevgisi”nin məktəblərə ayaq açması və ya məktəblilər necə cinayətkara çevrildi? - KÖŞƏ












