İranda qalan təyyarə 53 gündən sonra Türkiyəyə qayıdır
ABŞ və İsrailin İrana hücumları səbəbindən hava məkanının bağlanmasından sonra Tehranda qalan Pegasus Airlines-ə məxsus sərnişin təyyarəsi 53 gündən sonra Türkiyəyə qayıdır.
1news.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, ABŞ–İran gərginliyi fonunda İran hava məkanı bütün kommersiya uçuşları üçün bağlanmış, aviaşirkət əməkdaşları Türkiyəyə quru yolu ilə təxliyə olunmuşdu. Təyyarə isə Tehran hava limanında qalmışdı.
İran hava məkanının qismən açılmasından sonra TC-RBR qeydiyyatlı Airbus A321neo tipli təyyarə Tehrandan havaya qalxaraq Türkiyəyə yola düşüb. Təyyarənin axşam saatlarında İstanbulda olması gözlənilir.
103












