Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir

Qafar Ağayev17:58 - Bu gün
Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir

Aprelin 25-dən Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçəcək.

1news.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, marşrut üzrə ekoloji cəhətdən təmiz CNG texnologiyasına malik 12 avtobus fəaliyyət göstərir, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsini Xırdalan şəhəri ilə əlaqələndirir.

Avtobuslar arası interval 10 dəqiqə, gediş haqqı 0,7 manatdır.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər