Ağsuda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub

09:33 - Bu gün
Ağsuda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub

Ağsuda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.

Onlar idarə etdikləri "Mercedes" və "Tofas" markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq sosial şəbəkə hesablarında paylaşıblar.

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutka inzibati qaydada həbs edilib.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər