Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Qafar Ağayev09:09 - Bu gün
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 110 ailə - 397 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
130

Son xəbərlər

Bütün xəbərlər