Tarixdə bu gün – 28 aprel nə günüdür?
Hər bir gün tarixdə müxtəlif hadisələrlə yadda qalır.
1news.az 28 apreldə baş vermiş hadisələri təqdim edir:
1788-ci il 28 aprel — Merilend ABŞ-nin 7-ci ştatı olub.
1920-ci il 28 aprel — Azərbaycan Xalq Cümhuriyyətini hökumətini devirmək və ölkədə Sovet hakimiyyətinin qurulması məqsədi ilə, Rusiya Sovet Federativ Sosialist Respublikasına məxsus XI Qırmızı Ordu və Volqa-Xəzər hərbi donanmasının Azərbaycan bolşevikləri Azərbaycanı işğal edib.
1961-ci il 28 aprel — Sumqayıt trolleybusu təsis edilib.
1969-cu il 28 aprel — Şarl de Qoll Fransa prezidenti vəzifəsindən istefa verib.
1989-cu il 28 aprel — Bakıda Əhmədli və Xalqlar Dostluğu metrostansiyasının açılışı olmuşdur.
2019-cu il 28 aprel — Valtteri Bottas Azərbaycan Qran-prisinin qalibi olub.
Qeyd edək ki, 28 aprel dünyada Beynəlxalq Əmək Təşkilatı tərəfindən elan edilmiş Ümumdünya Əməyin Mühafizəsi Günü (World Day for Safety and Health at Work) kimi qeyd olunur.












