Fələstinli jurnalist: İsrail həbsxanasına daxil olanda 120 kq idim, indi isə 60 | 1news.az | Xəbərlər
Dünya

Fələstinli jurnalist: İsrail həbsxanasına daxil olanda 120 kq idim, indi isə 60

Oksana Orucova12:05 - Bu gün
Fələstinli jurnalist: İsrail həbsxanasına daxil olanda 120 kq idim, indi isə 60

Fələstinli jurnalist Əli əs-Samudi İsrail həbsxanalarında gördüyü pis rəftar nəticəsində ciddi çəki itirdiyini bildirib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, təxminən bir il davam edən inzibati həbsdən sonra azadlığa buraxılan 59 yaşlı jurnalist yaydığı videoda bildirib ki, həbsə 120 kiloqram çəki ilə daxil olsa da, çıxarkən 60 kiloqrama düşüb. O, bunu ağır saxlanma şəraiti və yaşadığı çətinliklərlə əlaqələndirib.

Samudi İsrail həbsxanalarındakı vəziyyətin olduqca ağır olduğunu vurğulayaraq qeyd edib ki, məhbuslar işgəncə və pis rəftara məruz qalır, qida isə çox keyfiyyətsizdir: “Verilən yeməkləri hətta pişiklər belə yeməz”-, deyə jurnalist qeyd edib.

O, həmçinin həbsxanalarda elementar şəraitin olmadığını, uzun müddət güzgü və digər vasitələrdən istifadə edə bilmədiyini deyib. Azadlığa buraxıldıqdan sonra ilk dəfə telefon vasitəsilə üzünü gördüyünü qeyd edib.

Fələstinli jurnalist digər məhbusların da ağır vəziyyətdə olduğunu bildirərək onların yaxınlarına çağırış edib ki, əsirləri unutmasınlar.

Fələstin Əsirlər Cəmiyyəti isə açıqlamasında Samudinin İsrail həbsxanalarında saxlanılan 3 530-dan çox inzibati məhbusdan biri olduğunu bildirib.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər