Türkiyə şou-biznesində narkotik qalmaqalı böyüyür - Mabel Matiz və daha 13 məşhur saxlanıldı
İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində 25 şübhəli barəsində saxlanılma qərarı verilib.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu vaxtadək 14 nəfər saxlanılıb. Saxlanılanlar arasında Mabel Matiz, Feyza Civelek, Onur Tuna və Osman Haktan Canevi də var.
Bakırköy Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində daxil olan məlumatlar, araşdırılan rəqəmsal materiallar və əldə edilən digər sübutlar əsasında ictimaiyyətin tanıdığı şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələrin yarandığı bildirilib. Bu səbəbdən əməliyyat keçirildiyi qeyd olunub.
Bu çərçivədə İstanbul Vilayət Jandarma Komandanlığının əməkdaşları tərəfindən səhər saat 07:00-dan etibarən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında yerləşən 24, eləcə də Muğlada yerləşən 1 ünvan olmaqla ümumilikdə 25 ünvanda 25 şübhəliyə qarşı əməliyyat keçirilib.
Mabel Matiz, Feyza Civelek, Volkan Bahçekapılı, Onur Tuna, Osman Haktan Canevi, Aslıhan Turanlı, Kübra İmren Siyahdemir, Mehmet Rahşan, Cansu Tekin, Özgür Deniz Cellat, Tarık Tunca Bakır, Aycan Yağcı, Tuğçe Postoğlu və Eda Dora daxil olmaqla 14 şübhəlinin saxlanıldığı bildirilib.
Barəsində saxlanılma qərarı verilən şəxslər bunlardır:
-
Serenay Sarıkaya
-
Berkay Şahin
-
Tan Taşçı
-
Yağmur Ünal
-
Mirgün Cabas
-
Hakan Aydın
-
Mabel Matiz
-
Feyza Civelek
-
Niran Ünsal
-
Volkan Bahçekapılı
-
Onur Tuna
-
Osman Haktan Canevi
-
Aslıhan Turanlı
-
Eren Kesimer
-
Kübra İmren Siyahdemir
-
Mehmet Rahşan
-
Cansu Tekin
-
Özgür Deniz Cellat
-
Yasemin İkbal
-
Tarık Tunca Bakır
-
Hanzede Gürkanlar
-
Aycan Yağcı
-
Tuğçe Postoğlu
-
Eda Dora
-
Semiha Bezek
Xatırladaq ki, İstanbul Respublika Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqı çərçivəsində 2025-ci il oktyabrın 8-dən bu yana bir sıra əməliyyatlar keçirilib.
İstintaq çərçivəsində tanınmış musiqiçilər, menecerlər və iş adamları ifadə verib, həmçinin narkotik maddə istifadəsinin müəyyənləşdirilməsi məqsədilə qan və saç nümunələri təqdim ediblər.
Araşdırma çərçivəsində bir sıra tanınmış şəxslər barəsində həbs qərarı da çıxarılıb.












