İspaniyada silahlı hücum: ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Dünya

İspaniyada silahlı hücum: ölən və yaralananlar var

Oksana Orucova11:35 - Bu gün
İspaniyada silahlı hücum: ölən və yaralananlar var

İspaniyada baş verən silahlı hücum nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Əndəlüs bölgəsində yerləşən El Ejido şəhərində qeydə alınıb.

Yerli mənbələrin məlumatına görə, silahlı insident zamanı açılan atəş nəticəsində iki nəfər hadisə yerində ölüb, dörd yaralı isə xəstəxanaya çatdırılıb.

Hücumun səbəbi və hadisəni törədən şəxslərlə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər