Mayın 9-da Moskvada mobil internet tam söndürüləcək | 1news.az | Xəbərlər
Dünya

Mayın 9-da Moskvada mobil internet tam söndürüləcək

10:23 - Bu gün
Mayın 9-da Moskvada mobil internet tam söndürüləcək

May ayının 9-da Moskvada mobil internet tam söndürüləcək.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, mayın 9-da Moskvada mobil internetə, o cümlədən veb saytların "ağ siyahısına" girişə və SMS mesajlarına müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Nazirlik evlərdəki internetin və Wi-Fi-nin normal qaydada işləyəcəyini, 7-8 may tarixlərində mobil internetə çıxışı məhdudlaşdırmağı planlaşdırmadıqlarını açıqlayıb.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər