Azərbaycan hərbçiləri “EFES - 2026” çoxmillətli təlimində iştirak edir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan hərbçiləri “EFES - 2026” çoxmillətli təlimində iştirak edir - VİDEO

Qafar Ağayev11:21 - Bu gün
Azərbaycan hərbçiləri “EFES - 2026” çoxmillətli təlimində iştirak edir - VİDEO

Qardaş Türkiyə Respublikasında Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli birgə müştərək təlimi uğurla davam edir.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin növbəti mərhələsinin planına uyğun olaraq Azərbaycan, Türkiyə, Albaniya, Niger, Nigeriya və Rumıniya nümayəndələri mağara, sığınacaq və tunellərdə axtarış, eləcə də dağçılıq hazırlığı üzrə məşqlər keçiblər.

Qeyd edək ki, real döyüş şəraitinə uyğunlaşdırılmış təlimdə hərbçilərimiz tapşırıqların icrası zamanı yüksək təcrübə nümayiş etdiriblər.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər