Sabah Hacıqabulun 7 kəndində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Hacıqabulun 7 kəndində qaz olmayacaq

12:57 - Bu gün
Sabah Hacıqabulun 7 kəndində qaz olmayacaq

Sabah Hacıqabul rayonunun 7 kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Cəngən, Şorbaçı, Tava, Tağlı, Paşalı-1, Paşalı-2 və Qubalı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər