Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 190-a çatdı | 1news.az | Xəbərlər
Dünya

Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 190-a çatdı

Oksana Orucova10:18 - Bu gün
Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 190-a çatdı

Nigeriyada heyvandan insana keçən Lassa qızdırması səbəbindən ölənlərin sayı 190-a çatıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) məlumatına görə, ölkənin müxtəlif bölgələrində yayılan xəstəliklə bağlı ölüm faizi ötən illə müqayisədə 19,1 faizdən 25,2 faizə yüksəlib.

Rəsmilər bildiriblər ki, yeni yoluxma hallarında azalma müşahidə olunsa da, xəstələrin gec müraciət etməsi və tibb işçiləri arasında yoluxmalar narahatlıq yaratmağa davam edir.

Qeyd edək ki, Lassa qızdırması siçan nəcisilə təmas nəticəsində yayılır, həmçinin insandan insana keçə bilir və ölümcül qanaxmalı qızdırmaya səbəb olur.

Paylaş:
136

Son xəbərlər

Bütün xəbərlər