Lökbatan qəsəbəsində yanan anbar “Kontakt Home” və “Birmarket”a məxsusdur - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Lökbatan qəsəbəsində yanan anbar “Kontakt Home” və “Birmarket”a məxsusdur - AÇIQLAMA

13:53 - Bu gün
Lökbatan qəsəbəsində yanan anbar “Kontakt Home” və “Birmarket”a məxsusdur - AÇIQLAMA

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki yanğında "Birmarket"ə məxsus anbara da zərər dəyib.

1news.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana bilər.

Qeyd edək ki, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Hazırda alovun tam söndürülməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

12:56

“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”.

1news.az xəbər verir ki, bununla bağlı “Kontakt Home”un sosial şəbəkə hesabında məlumat verilib.

“Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.

Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik.

Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq.

Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”, - paylaşımda deyilir.

Xatırladaq ki, bu gün Qaradağın Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.

Paylaş:
118

Son xəbərlər

Bütün xəbərlər