Yunanıstanda dövlət qulluqçuları tətil elan ediblər | 1news.az | Xəbərlər
Dünya

Yunanıstanda dövlət qulluqçuları tətil elan ediblər

Oksana Orucova14:05 - Bu gün
Yunanıstanda dövlət qulluqçuları tətil elan ediblər

Yunanıstanda dövlət qulluqçuları maaş artımı tələbi ilə 24 saatlıq tətil elan edib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının (ADEDY) çağırışı ilə ölkə üzrə minlərlə məmur işini dayandıraraq etiraz aksiyası keçirib.

Paytaxt Afina şəhərində toplaşan etirazçılar Sintaqma meydanındakı parlament binasına yürüş edərək tələblərini səsləndiriblər.

Dövlət qulluqçuları artan yaşayış xərclərinə görə maaşların artırılmasını, həmçinin 2009-cu il iqtisadi böhranı dövründə ləğv edilən 13-cü və 14-cü maaşların yenidən bərpa olunmasını tələb ediblər.

Aksiya iştirakçıları “Pul maaşlara, səhiyyəyə və təhsilə xərclənsin, müharibələrə yox” şüarı yazılmış plakatlar da qaldırıblar.

Paylaş:
26

Son xəbərlər

Bütün xəbərlər