Gələn ay Ombudsmanların Bakı Sammiti keçiriləcək
Gələn ay Ombudsmanların Bakı Sammiti keçiriləcək.
1news.az xəbər verir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı məlumat yayıb.
Qeyd edilib ki, Sammit "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusuna həsr olunur.
Tədbir insan hüquqları sahəsində müasir çağırışların beynəlxalq müstəvidə müzakirəsinə töhfə vermək məqsədilə 18 may-18 iyun tarixlərini əhatə edəcək "İnsan Hüquqları Aylığı"nın yekunu olaraq 18–19 iyun tarixlərində baş tutacaq
Sammit çərçivəsində mövzu üzrə fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.
65












