Azərbaycan 4 ayda 8 milyon tona yaxın neft ixrac edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan 4 ayda 8 milyon tona yaxın neft ixrac edib

11:07 - Bu gün
Azərbaycan 4 ayda 8 milyon tona yaxın neft ixrac edib

Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 7 milyon 923 min 086,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Bu barədə 1news.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Azərbaycandan ixrac edilən xam neftin dəyəri 4 milyard 365 milyon 297,57 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,42%, dəyəri isə 4,33 % azdır.

Ötən 4 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 36,75 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər