Urban Expo-da Burkina-Faso nümayəndəsi: “Azərbaycana gəlmək imkanına görə səmimi qəlbdən sevinirik”
“Bu, forumda ilk iştirakımızdır.
Azərbaycana gəlmək imkanına görə səmimi qəlbdən sevinirik”.
Bu fikirləri 1news.az-ın müxbiri ilə söhbətində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan Urban Expo sərgisində Burkina Fasoni təmsil edən Oumarou Diss bildirib.
Onun sözlərinə görə, bu platforma urbanistika sahəsində fikir mübadiləsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm meydandır.
“Forum bizə innovativ həllərlə tanış olmaq, eyni zamanda ölkəmizin mənzil təminatı və dayanıqlı inkişaf sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək imkanı yaradır”, - deyə Burkina-Faso nümayəndəsi qeyd edib.
79












