Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi - Video | 1news.az | Xəbərlər
İdman

Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi - Video

09:40 - Bu gün
Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi - Video

Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" komandasında məhsuldar ötürmə müəllifi olub.

1news.az xəbər verir ki, 22 yaşlı hücumçu "Nyu-York Siti"yə 1:0 hesabı ilə qalib gəldikləri ABŞ Açıq Kubokunun 1/4 final oyununda assistlə yadda qalıb.

O, 59-cu dəqiqədə qələbə qolunun vurulmasında önəmli rol oynayıb.

Qarşılaşmaya ilk "11-lik"də başlayan N.Axundzadə 64-cü dəqiqədə əvəzlənib.

Xatırladaq ki, "Kolambus Kryu" yarımfinalda "Orlando Siti" ilə üz-üzə gələcək. Azərbaycan millisinin üzvünün komandası ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər