Göyçayda yol qəzası: 2 nəfər ölüb, yaralılar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda yol qəzası: 2 nəfər ölüb, yaralılar var

17:20 - 27 / 05 / 2026
Göyçayda yol qəzası: 2 nəfər ölüb, yaralılar var

Göyçayda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilir ki, hadisə bu gün saat 14:00 radələrində Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Opel”, KIA və “Chevrolet” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1970-ci il təvəllüdlü H. Salahov və 2016-cı il təvəllüdlü L. Feyzullayeva aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

Hadisə zamanı 1968-ci il təvəllüdlü İ. Əmrahov, 1964-cü il təvəllüdlü M. Əmirova, 1998-ci il təvəllüdlü A. Feyzullayeva və 2 yaşlı qız uşağı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
343

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər