Bakıda məktəbli qızın ölümü ilə bağlı rəsmi açıqlama verilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məktəbli qızın ölümü ilə bağlı rəsmi açıqlama verilib - YENİLƏNİB

1news Redaksiyası11:22 - Bu gün
Bakıda məktəbli qızın ölümü ilə bağlı rəsmi açıqlama verilib - YENİLƏNİB

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin VII sinif şagirdi dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb.

Bu barədə 1news.az-ın sorğusuna Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, hadisə oktyabrın 28-də baş verib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılsa da, şagird aldığı xəsarətlərdən dünyasını dəyişib.

Məsələ ilə bağlı şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Hadisə müvafiq qurumların nəzarətinə götürülüb və araşdırmalara başlanılıb.

 

 

10:50

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

1news.az Oxu.Az-a istinadən xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.

Hadisə nəticəsində şagird həyatını itirib.

Paylaş:
188

Son xəbərlər

Bütün xəbərlər