İlham Əliyev Donald Trampa təşəkkür edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Donald Trampa təşəkkür edib

14:18 - Bu gün
İlham Əliyev Donald Trampa təşəkkür edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" sosial şəbəkə hesabında dərc olunan paylaşımda bildirilir.

“Möhtərəm Prezident Donald Tramp, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydiniz və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi olaraq göndərdiyiniz üçün Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və ona böyük ehtiram bəsləyirəm”

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər