Bahar Muradova: 2025-ci ildə ölkədə 96 mindən çox doğum qeydə alınıb | 1news.az | Xəbərlər
Siyasət

Bahar Muradova: 2025-ci ildə ölkədə 96 mindən çox doğum qeydə alınıb

First News Media13:50 - Bu gün
Bahar Muradova: 2025-ci ildə ölkədə 96 mindən çox doğum qeydə alınıb

Uşaqların sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda keçirilən konfransda səsləndirib.

Onun sözlərinə görə, 2025-ci ildə ölkədə 96 min 62 doğum qeydə alınıb. Uşaqlar icbari tibbi müayinələrə cəlb olunub, 392 min 222 əlavə müayinə və müalicə göndərişi verilib.

“Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində də mühüm işlər görülür. Uşaq bərpa mərkəzlərinə daxil olan müraciətlərin əhəmiyyətli hissəsini xüsusi qayğıya ehtiyacı olan uşaqlar təşkil edib. 2819 uşaq müxtəlif reabilitasiya və dəstək xidmətləri ilə əhatə olunub, 2974 uşağa 49 mindən çox reabilitasiya vasitəsi təqdim edilib”, – deyə Komitə sədri vurğulayıb.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər