Türkiyədə Qurban bayramı tətilində avtoqəzalarda 70 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə Qurban bayramı tətilində avtoqəzalarda 70 nəfər ölüb

First News Media14:29 - Bu gün
Türkiyədə Qurban bayramı tətilində avtoqəzalarda 70 nəfər ölüb

Türkiyədə Qurban bayramı münasibətilə elan olunan tətil günlərində baş verən yol-nəqliyyat hadisələri nəticəsində 70 nəfər ölüb.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Mustafa Çiftçi sosial şəbəkədəki hesabında paylaşım edib.

Nazir bildirib ki, bayram günlərində ölkə üzrə ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə Daxili İşlər Nazirliyinin 334 mindən çox əməkdaşı gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Onun sözlərinə görə, yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün 66 mindən artıq əməkdaş və təxminən 50 min xidməti avtomobil cəlb olunub, nəzarət tədbirləri fasiləsiz həyata keçirilib.

Buna baxmayaraq, bayram tətili ərzində qeydə alınan yol qəzaları nəticəsində 70 nəfər həyatını itirib.

 

 

 

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər