Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

First News Media16:40 - 08 / 06 / 2026
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

İyunun 9-12-si gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Paylaş:
243

Son xəbərlər

Nurlana Əliyeva vəfat edib

01 / 07 / 2026, 14:31
Bütün xəbərlər