Bəzi ərazilərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi ərazilərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

First News Media10:49 - Bu gün
Bəzi ərazilərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

İyunun 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir. Arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Daşkəsəndə 22, Şəmkirdə 14, Gədəbəydə 13, Tovuz, Kişçayda (Şəki) 11, Goranboyda 8, Göygöldə 6, Qax, Yevlaxda 5, Oğuzda 4, Şahbuz, Mingəçevir, Ağstafa, Zaqatala, Zərdab, Tərtər, Yardımlıda 3, Ordubad, Ağdam, Balakəndə 2, Sədərək, Şərur, Culfa, Bərdə, Gəncə, İmişli, Qəbələ, Şahdağ, Xınalıq, Qusar, Qrız, Göyçay, Naftalan, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.

İyunun 10-da saat 20:10 radələrində Kəlbəcər rayonuna, saat 21:23-21:30 radələrində Gədəbəy rayonuna diametri 18 mm, saat 21:12 radələrində rayonun Düzyurd, Aytala, Gərgər, Qarıkənd, Yenikənd, Maarif, Qaradağ, Arıqdam kəndlərinə, saat 22:05-22:07 radələrində Daşkəsən rayonuna diametri 15 mm, eyni zamanda rayonun Quşçu, Xoşbulaq kəndlərinə, saat 22:20 radələrində Qazax rayonuna, iyunun 11-i səhər saatlarında isə Göygöl rayonuna xırdadənəli dolu düşüb.

Paylaş:
59

Son xəbərlər

Bakıda obyekt yanır

Bu gün, 11:22
Bütün xəbərlər