Xətaidə evdən oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətaidə evdən oğurluq edən şəxs saxlanılıb

First News Media17:02 - Bu gün
Xətaidə evdən oğurluq edən şəxs saxlanılıb

Xətai rayonunda oğurluq evlərin birindən ümumi dəyəri 1700 manat olan pul və gümüş əşyalar oğurlanıb.

1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 32 yaşlı O.Həmzəyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, evin pəncərəsinin açıq olmasından istifadə edərək əməli törədib. Araşdırmalar davam etdirilir.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər