Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanılıb

First News Media10:42 - Bu gün
Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanılıb

Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan 1news.az-a verilən xəbərə görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 55 yaşlı Ənvər Ələskərov saxlanılıb. Həmin şəxsə məxsus həyətyanı sahədən xüsusi qulluq edərək yetişdirdiyi 50 ədəd çətənə kolu və marixuana aşkarlanıb.
Keçirilən digər tədbir zamanı saxlanılan, əvvəllər məhkum olunmuş 33 yaşlı Elman Abdulovdan isə psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər