Nazir müavini: Bu, ölkəmizin regionun gənclərinə verdiyi mühüm töhfələrdən biridir | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir müavini: Bu, ölkəmizin regionun gənclərinə verdiyi mühüm töhfələrdən biridir

Qafar Ağayev11:50 - Bu gün
Nazir müavini: Bu, ölkəmizin regionun gənclərinə verdiyi mühüm töhfələrdən biridir

"Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısında 200-dən artıq iştirakçı təmsil olunur".

1news.az xəbər verir ki, bunu Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində jurnalistlərə açıqlamasında deyib. 

“Ölkəmizdə keçirilən beynəlxalq forumlar sırasında bugünkü tədbir xüsusi əhəmiyyət daşıyır”.

O bildirib ki, Azərbaycanda əhalinin təxminən 25 faizini gənclər təşkil edir:

"Panel zamanı Azərbaycanda gənclərə yönəlmiş proqramlar, dövlət siyasəti və yaradılmış imkanlar barədə iştirakçılara ətraflı məlumat verilib".

Nazir müavininin sözlərinə görə, uşaqlarla birlikdə götürüldükdə gənclər ölkə əhalisinin təxminən yarısını təşkil edir:

"Dövlət proqramları, müxtəlif qurumlar tərəfindən həyata keçirilən qrant layihələri və gənclərin inkişafına yönəlmiş təşəbbüslər barədə məlumat təqdim etdik".

F.Hacıyev qeyd edib ki, 2004-cü ildə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu məhz Bakıda təsis olunub:

"Bu, ölkəmizin regionun gənclərinə verdiyi mühüm töhfələrdən biridir. Təşkilatın regional ofisləri də Bakıda yerləşir. Forumun fəaliyyətinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət göstərilir. Biz də dövlət qurumu olaraq İslam coğrafiyasında yaşayan gənclərə dəstək verməyə çalışırıq".

Paylaş:
113

Son xəbərlər

Bütün xəbərlər