Şimali Krım kanalının üzərindəki dəmir yolu körpüsü tamamilə məhv edilib - VİDEO
Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri (SOF) Şimali Krım kanalının üzərində yerləşən dəmir yolu körpüsünün tamamilə sıradan çıxarıldığını bildirib.
1news.az xəbər verir ki, bu barədə SOF “Threads” sosial şəbəkəsində məlumat yayıb.
Qurumun paylaşımında qeyd olunub: “Bağışlayın, amma burada rəsmi təcili xəbər var: Şimali Krım kanalının üzərindəki dəmir yolu körpüsü artıq mövcud deyil! Birincisi getdi. Göstərək?”
SOF daha əvvəl də həmin körpünün vurulduğunu açıqlamışdı.
Məlumata görə, iyunun 18-nə keçən gecə “MiddleStrike” bölməsinin “Ballysta” qrupu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Razdolnoye yaşayış məntəqəsi yaxınlığında Şimali Krım kanalının üzərindəki dəmir yolu körpüsü sıradan çıxarılıb.
117












